Bakı Kristal Zalında yerli şirkətlərin sərgisi keçiriləcək. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az “Marsol Expo”ya istinadən xəbər verir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi baş tutacaq.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisi baş tutacaq.

Burada 150-dən çox yerli şirkətlər öz məhsullarını təqdim edəcəklər. Tədbir çərçivəsində 1500 iş adamı müxtəlif konfranslarda iştirak edəcək, həmçinin panel müzakirələr olacaq.

Məqsəd Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

Tədbir 8-10 iyun tarixlərində baş tutacaq. İştirak ödənişsizdir. Qeydiyyat linkinə buradan baxa bilərsiniz. Sərgi məkanında da qeydiyyatdan keçmək olar.