Ölkədə yay mövsümünün başlanması ilə bağlı Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reyslərinin sayı artırılıb. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az məlumat verib.

İyunun 3-dən etibarən şənbə və bazar günləri saat 08:00-da Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzil başına saat 11:20-də, həmin günlər Qəbələdən saat 19:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Biletin qiyməti standart sinif üçün 14 manat təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından onlayn əldə etmək mümkündür.