Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçirərək Bakı sakinindən narkotik ələ keçiriblər. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Şəxsi baxış zamanı Məhərrəm Xasanovda 25 qramdan artıq heroin və 21 qramdan çox metamfetamin aşkar olunub. Onun idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı isə oradan əlavə 1 kiloqram 461 qram heroin və 68 qramdan çox metamfetamin götürülüb.
Faktla bağlı araşdırma aparılır.