Rusiyanın Perm şəhərindən Bakıya birbaşa uçuşlar təşkil olunucaq. Bu haqda bu gün, 27 may tarixində Report məlumat verib.
Uçuşları Rusiyanın “İrAero” aviaşirkəti həyata keçirəcək. 100 sərnişin tutumuna malik “Superjet” təyyarələri həftədə bir dəfə – çərşənbə axşamı Permdən Bakıya uçacaq.
Uçuş proqramı mayın 30-dan oktyabrın 24-dək nəzərdə tutulub.