Binəqədi rayonunda minik və yük avtomobilləri toqquşub. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə rayonun Biləcəri qəsəbəsində baş verib. Bakı şəhər sakini F.Hümbətovun sürücüsü olduğu “Toyota” markalı nəqliyyat vasitəsi Xaçmaz rayon sakini T.Babayevin idarə etdiyi “KamAZ” markalı maşınla toqquşub.
Nəticədə “Toyota”nın sərnişini Ə.Qarayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.