Nərimanov rayonunda mopedin biri qayda pozduğu üçün digərini maşın vurub. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə Şah İsmayıl Xətai küçəsində baş verib. Bir moped qəfil manevr edərək arxadan gələn digər ikitəkərlinin qarşısına çıxıb. Sonuncu əyləc sıxdığına görə avtomobil ona arxadan çarpılıb.
Nəticədə motosikletçi mopeddən yıxılıb. Hadisə anını təqdim edirik.