Bakıda fəhlələrin pulu verilmir. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az APA TV-yə istinadən xəbər verir.

Belə ki, paytaxt ərazisində günəmuzd işləyən onlarla fəhlənin uzun müddətdir pulu verilmir. Onlar MTK-nın ofisinin qarşısına toplaşıb öz pullarını istəyirlər.

“Nə müqavilə bağlanılır, nə də işlətdikləri adamların pulunu verirlər. “Bugün, sabah” deyə-deyə vaxtı uzadırlar”, – deyə şikayətçilər bildirirlər.

MTK isə öz növbəsində pulları verəcəyini, sadəcə şikayətçilərin bir az səbirli olmalarını tövsiyə edir.

“Biz deyirik ki 2-ci gün veriləcək. Onlar da deyirlər ki, biz gözləmirik. Biz onları aldatmırıq ki. Sadəcə gözləmirlər, səbirləri yoxdur”, – deyə şirkətdən əlavə ediblər.