Bakı bulvarında daha bir nəfər dənizə düşüb. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
25 yaşlı Kənan Aşırov Dənizkənarı Milli Parkın ərazisində dənizə yıxılaraq batma təhlükəsi ilə üzləşib. Hadisə yerinə gələn FHN-in dalğıc qrupu gənci xilas edib.
O, aidiyyəti üzrə təhvil verilib.