Bakıda ilk Beynəlxalq Biznes Festivalına start verilib. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasına istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş festivalda inşaat, qida, aqrar, xidmət sektorunda fəaliyyət göstərən şirkətlər öz məhsul və xidmətlərini təqdim edəcəklər.
Festivalın məqsədi ölkədə yerli sahibkarların, o cümlədən xarici iş adamlarının öz məhsul və xidmətlərini daha geniş kütləyə tanıtmasıdır.
Hüseyn Cavid Parkında baş tutacaq tədbir 1 iyun tarixinə qədər davam edəcək. Giriş sərbəstdir.