Suraxanı rayonunda yerləşən tarixi bina bərpa olunacaq. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Bina Əmircan qəsəbəsində yerləşir. 90-cı illərdə inşa olunan, qədim və müasir hamamların birləşməsini özündə əks etdirən tikili uzun müddət baxımsız vəziyyətdə olub. Memarlar İttifaqının müraciətinə əsasən, Mədəniyyət Nazirliyi binanın təmir olunacağını və bununla ona 2-ci nəfəsin veriləcəyini bildirib.
Təmir-bərpa işləri Bakı Abadlıq Xidməti tərəfindən aparılacaq.
