“Miss & Mister Azerbaijan 2023” Milli Gözəllik Müsabiqəsinin final gecəsi sabah, mayın 28-də “Ay İşığı” restoranında baş tutacaq. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az məlumat verir.
Müsabiqənin finalı Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunub.
Gecə zamanı musiqili proqram, müsabiqə iştirakçıları tərəfindən defile, qaliblərin mükafatlandırılması və “after-party” nəzərdə tutulub.
“Miss & Mister Azerbaijan” Milli Gözəllik Müsabiqəsi 1996-cı ildən bəri hər il keçirilir.
Bilet almaq istəyənlər və digər məsələlərlə maraqlanan şəxslər aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: 055 897 71 83, 055 767 88 37.