Nəsimi rayonunda iməcilik keçirilir. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Abadlıq işləri çərçivəsində parklarda, abad həyətlərdə, xiyabanlarda, eləcə də prospekt və küçələrdə səki kənarları, bordürlər, işıq dirəkləri, reklam lövhələri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerləri yuyularaq təmizlənib. Qulluq zamanı parklarda, abad həyətlərdə, xiyabanlarda alaq otları təmizlənib, yaşıllıq zolaqlarına qulluq göstərilib, qazon örtükləri və yanğın təhlükəsizliyi ilə əlaqədar sahələrdə quru otlar biçilərək təmizlənib.
Təmizlik işləri gün ərzində davam edəcək.
