Bakının “İçərişəhər”ində iyunun 1-də uşaqlar üçün “Araxçın” ustad dərsi keçiriləcək. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az məlumat verir.

Ustad dərsi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Uşaqlar kartondan araxçın formasını hazırlayaraq onu əlvan rənglərlə boyayacaqlar. Balaca ustalar araxçınlarını xatirə olaraq özləri ilə apara bilərlər.

Aksiya mərkəzin qarşısında, açıq havada keçiriləcək. İştirak pulsuzdur.