Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən anbardan oğurluq edilib. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, anbardan 30.000 manat dəyərində ərzaq məhsulları və məişət əşyaları oğurlanıb.
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini İxtiyar Abbasov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.