Paytaxt ərazisində keçiriləcək növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyasının vaxtı bəlli olub. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
“Tullantıları ekoçantaya dəyiş” layihəsi çərçivəsində keçirilən aksiyada şərtlər aşağıdakı kimidir:
- Şüşə butulka, banka və ya işlənmiş batareya qəbul olunur;
- Şüşə butulka, bankaların içərisində qida qalıqları olduğu halda qəbul olunmayacaq;
- 10 işlənmiş batareyaya görə 1 ekoçanta veriləcək;
- Ümumi tutumu 5 litr olan şüşə banka və butulkaya görə 1 ekoçanta veriləcək.
Daha çox tullantı gətirən vətəndaşlara əlavə olaraq milli parklara bilet, uşaqlara isə kitab hədiyyə ediləcək.
Tədbir 29 may saat 12:00-da Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 4 ünvanında yerləşən “Bravo” hipermarketində baş tutacaq.