Bakının Yasamal rayonunda evdə meyit aşkar olunub. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

FHN-in qaynar xəttinə daxil olan məlumata görə, mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə 1 nəfər qalıb. Hadisə yerinə cəlb olunan xilasedicilər qapını açıblar və mənzildə aşkar olunan meyiti aidiyyəti üzrə təhvil veriblər.