Bakının Yasamal rayonunda gecə saatlarında yol qəzası baş verib. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az məlumat verib.

“Lexus” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək idarəetməni itirib. Avtomobil aşaraq dayanmış 8 nəqliyyat vasitəsinin üzərinə düşüb. Avtomobillərə ciddi maddi ziyan dəyib, onlardan ikisi yararsız hala düşüb.

Hadisə zamanı ölən olmayıb, xəsarət alanlar var. Avtomobillər cərimə meydançasına aparılıb.

Yasamalda “Land Cruiser” aşaraq 8 avtomobilə ziyan vurub
Foto açıq mənbədən
Yasamalda “Land Cruiser” aşaraq 8 avtomobilə ziyan vurub
Foto açıq mənbədən