Bakının Xəzər rayonu, Zirə qəsəbəsində təmizlik aksiyası keçirilib. Bu haqda bu gün, 27 may tarixində Report məlumat verib.

Aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, paracüdoçu İlham Zəkiyev və digər idmançılar və fəallar iştirak ediblər.

İməcilikdən sonra iştirakçılar Abşeron Milli Parkını ziyarət ediblər.

Sahilboyu ərazilərin təmizlənməsi məqsədi daşıyan bu cür aksiyaların mövsüm boyu hər həftəsonu keçirilməsi nəzərdə tutulub.

Zirədə dəniz sahilində iməcilik keçirilib
Foto Report.az
Zirədə dəniz sahilində iməcilik keçirilib
Foto Report.az