Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az xəbər verir.

Birinci xanım bununla bağlı öz sosial şəbəkə səhifəsində paylaşım edib.

“Сənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!”, – deyə vitse-prezidentin paylaşımında deyilir.