Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarında 2023-2024-cü tədris ilindən 9 yeni ixtisas və ixtisaslaşma açılacaq. Bu haqda bu gün, 30 may tarixində Report məlumat verib.

SABAH qruplarında bakalavriat səviyyəsində mövcud 9 ixtisasdan əlavə, 3 yeni ixtisasa (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Biotexnologiya, Torpaqşünaslıq və aqrokimya) qəbul elan olunub.

2023-2024-cü tədris ilindən bakalavriat səviyyəsi üzrə qəbul elan edilmiş ixtisaslar aşağıdakılardır:

  1. Biologiya müəllimliyi (mövcud);
    2. Coğrafiya müəllimliyi (mövcud);
    3. Fizika müəllimliyi (mövcud);
    4. Hüquqşünaslıq (mövcud);
    5. Kimya müəllimliyi (mövcud);
    6. Kompüter elmləri (mövcud);
    7. Psixologiya (mövcud);
    8. Riyaziyyat müəllimliyi (mövcud);
    9. Tarix müəllimliyi (mövcud);
    10. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (yeni);
    11. Biotexnologiya (yeni);
    12. Torpaqşünaslıq və aqrokimya (yeni).

SABAH qruplarında magistratura səviyyəsi üzrə 2023-2024-cü tədris ilindən 6 yeni ixtisaslaşmaya qəbul elan olunub.

SABAH qruplarının yeni tədris ilindən magistratura səviyyəsi üzrə qəbul elan edilmiş ixtisaslaşmalar aşağıdakılardır:

  1. Jurnalistika (mövcud);
    2. Kompüter elmləri və texnologiyaları (mövcud);
    3. Ehtimal nəzəriyyəsi və statistika (yeni);
    4. Əməliyyatlar tədqiqi və sistemli təhlil (yeni);
    5. Optimallaşdırma və optimal idarəetmə (yeni);
    6. Nanohissəciklər fizikası (yeni);
    7. Kimyəvi kinetika və kataliz (yeni);
    8. Molekulyar biologiya (yeni).