Bakı məktəblərində son zəng keçiriləcək. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az xəbər verir.
14 iyun 2023-cü ildə Bakı, eləcə də ölkə məktəblərində son zəng keçiriləcək.
Ümumilikdə 101.915 şagird məzun olacaq. Onların arasında Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100.084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrində isə 727 nəfər hesablanıb.