Bakı Rus Evində Çoğrafiya gecəsi keçiriləcək. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Rus Evinə istinadən xəbər verir.
Belə ki, layihə çərçivəsində “Şpitsbergen: Arktikaya xoş gəldiniz” adlı mühazirə baş tutacaq. Mühazirədə uyğun video və fotomateriallar təqdim ediləcək. Təşkilatçıların arasında “Baku Travelers Club” və Rusiyanın Qütb Səyahətləri Klubu yer alıb.
Şpitsbergen Şimal Buzlu okeanında qütb arxipelaqıdır. Onu haqlı olaraq, “Miniatürdə Arktika” adlandırırlar və burada bir neçə ekosistem mövcuddur. Arxipelaqda cəmi 2600 nəfər yaşayır.