Bakıda iyunun 13-də saat 19:00-da Nakamura Tempein piano konserti baş tutacaq. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az məlumat verir.
Konsert Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Milli Konservatoriyası tərəfindən təşkil olunacaq.
Pianoçu özünün bəstələdiyi unikal əsərlər, eyni zamanda Yaponiya və Azərbaycan elementlərini özündə əks etdirən musiqi parçaları ilə qarşınızda çıxış edəcək.
Tədbirdə iştirak pulsuzdur. Biletləri Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyindən sabahdan etibarən saat 10:00-dan 17:30-a kimi əldə etmək olar. Bir nəfər üçün bir bilet nəzərdə tutulub.