Bakının Heydər Əliyev Sarayında oktyabrın 6-da ictimai xadim, jurnalist Maksim Şevçenko ilə görüş keçiriləcək. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az məlumat verir.

“Heydər Camalın həyat yolu” mövzusuna həsr olunacaq görüş saat 20:00-da başlayacaq.

Biletləri şəhərin bütün kassalarından, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindəki kassalardan əldə etmək olar.

Əslən azərbaycanlı olan Heydər Camal İslam din xadimi və filosof kimi məşhurlaşmışdı. O, 1995-ci ildə Regionlararası İctimai İslam Hərəkatı Komitəsi yaradıb. 2016-ci ildə politoloq, Rusiya İslam Komitəsinin sədri, tanınmış din xadimi, filosof Heydər Camal 70 yaşında ölüb.

Maksim Şevçenko 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini dəstəkləyib, Azərbaycanın səsini dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayıb.