Bakıda polis skuterlərə qarşı reyd keçirir. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Belə ki, bir sıra skuter şirkətləri öz fəaliyyətlərini dayandırıblar. Buna səbəb olaraq polislərin keçirdikləri reydlər göstərilir.
Digər mənbələrdə deyilir ki, polis əməkdaşları skuter sürənlərin qarşısını alır, bəzən skuterləri cərimə meydançasına aparırlar.