Bakı Dənizkənarı bulvarında, Kukla teatrının arxasında iyunun 10-da uşaqlar üçün Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçiriləcək. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az məlumat verir.
Saat 12:00-da başlayacaq proqrama hədiyyəli oyunlar, yeməklər, yarışmalar daxildir.
Uşaqlara, həmçinin “Bona Dea” klinikasında ödənişsiz diş və göz müayinəsi hədiyyə olunacaq.