Bakıda iyunun 7-də “Soyuq günəş” kitabının müəllifi Sədaqət Kərimovanın imza günü və kitabın tədimatı keçiriləcək. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az məlumat verir.

Görüş saat 19:00-da “Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında təşkil olunacaq.

Sədaqət Kərimova Azərbaycan, ləzgi, rus və türk dillərində çapdan çıxmış 35 kitabın müəllifidir.

“Soyuq günəş” filmini YouTube-da bu günə kimi ləzgi, azərbaycan və rus dillərində 15 milyon tamaşaçı izləyib.

İmza günündə iştirak sərbəstdir. Ünvan: Hüseyn Cavid pr., 100 (“Elmlər Akademiyası” m/s-nın əsas girişi ilə üzbəüz).