Bakının daha bir teatrının iyun ayı üçün repertuarı açıqlanıb. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az mədəniyyət evinə istinadən xəbər verir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iyun ayı üçün repertuarı açıqlanıb. Tamaşalar 3 iyun tarixindən başlayır. Son tamaşa 25 iyun tarixinə təsadüf edəcək.

Tam proqram aşağıdakı kimidir:

3 iyun:
12:00 – “Şirinlər” – P. Culliford;
19:00 – “Hekayəti Xırs quldurbasan” – M. F. Axundzadə.

4 iyun:
12:00 – “Bremen musiqiçiləri” – Y. Entin, V. Livanov (rus dilində);
19:00 – “Xortdanın cəhənnəm məktubları” – Ə. Haqverdiyev.

9 iyun:
19:00 Yeni tamaşa “Biganə məşuq” – J. Kokto.

10 iyun:
12:00 – “Şən Elf və cadugər” – İngilis xalq nağılı;
19:00 – “Dəli yığıncağı” – C. Məmmədquluzadə.

11 iyun:
12:00 – “Çirkin ördək balası” – H. X. Anderson;
19:00 – “Hasarın o üzü” – Ə. Əmirli.

16 iyun:

19:00 – Yeni tamaşa “35 ildən sonra” – B. Alfors.

17 iyun:
12:00 – “Qoğalın sərgüzəştləri” – P. Nurəliyeva;
19:00 – “Leyli və Məcnun” – M. Füzuli.

18 iyun:
12:00 – “Mauqli” – R. Kiplinq;
19:00 – “Şeyx Sənan” – H. Cavid.

24 iyun:
12:00 – “Buratinonun məcəraları”;
19:00 – “III Riçard” – U. Şekspir.

25 iyun:
12:00 – “Dəcəl keçi” – P. Nurəliyeva;
19:00 – “Balaca kişilər” – İ. Fəhmi.