“20 Yanvar” dairəsi və “Şamaxinka”da reydlər keçirilir. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Dövlət Yol Polisinə istinadən xəbər verir.

Belə ki, adıçəkilən ərazilərdə qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslər ərazidən uzaqlaşdırılır, onlarla bağlı müvafiq addımlar atılır.

Reydin əsas məqsədi şəhərlərarası daşımaları Bakı Beynəlxalq Avtovağzalına yönəltmək və bu işi mərkəzləşdirilmiş qaydada təmin etməkdir.