Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan vətəndaşlarına müraciət edərək yaranmış vəziyyətlə bağlı İrana səfər etməməyə çağırıb. Bu haqda bu gün, 3 iyun tarixində XİN-ə istinadən Bakuplus.az məlumat verir.

“Cari ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur”, – müraciətdə deyilir.

Hazırda İranda olan vətəndaşlardan isə mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur.

İrandakı Azərbaycan vətəndaşları konsulluq və digər müraciətləri üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərlər:

Ünvan: Təbriz, Vəliəsr, Arif küçəsi, 9

Tel: (+98413) 333 48 03

Faks: (+98413) 331 53 80

E-mail: [email protected]

Website: tabriz.mfa.gov.az