Paytaxt küçələrində yerləşdirilən kredit terminalları necə işləyir? Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az xəbər verir.
Bir müddətdir ki, Bakının bir sıra küçələrində “Kreditomat” adlı terminalları görmək olar. Bir çox sakin bu terminalların nə işə yaradığını və ya necə işlədiyini bilmək istəyir.
Belə ki, bu terminallar qısa müddətli və az məbləğdə pul kreditə vermək üçün nəzərdə tutulub. İstənilən Azərbaycan vətəndaşı bir neçə dəqiqə ərzində 20-500 AZN arası kredit əldə edə bilər.
Bunun üçün “Azpulmat” mobil tətbiqini yükləmək lazımdır. Daha sonra mobil nömrənizlə qeydiyyatdan keçirsiniz və telefonun kamerası ilə öz selfinizi çəkirsiniz. Sözügedən terminallar da həmin pulları çıxarmaq üçün nəzərdə tutulub.
Siz pulları, həmçinin öz plastik kartınıza köçürə bilə və ya poçt şöbəsindən də götürə bilərsiniz.
Nə qədər faiz ödəməli olduğunuz və kreditin müddəti tətbiqdə birbaşa göstərilir. Gecikmə zamanı isə cərimələr yazılır.
