Bu günlərdə sosial şəbəkələrdə yayılan videoda özünü polis kimi təqdim edən şəxs rəisin əməllərindən narazılığını bildirib. O, qanunsuz olaraq xidmətdən uzaqlaşdırıldığını iddia edib. Məsələ ilə bağlı bu gün, 3 iyun tarixində Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti açıqlama verib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Asim Kərimov polis orqanlarında xidmət edib və xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib.
Bir müddət sonra o, özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib. Bu səbəbdən araşdırma başlanılıb. Aparılan icraatdan yayınmaq məqsədilə Kərimov sosial şəbəkələrdə əsassız, həqiqətə uyğun olmayan iddialar səsləndirib.
Kərimov özünü Abşeron Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayevin qohumu kimi təqdim edərək elə həmin videoda onun əmri ilə orqandan xaric edildiyini birdirib.