Yasamal rayonu, Hüseyn Cavid prospekti, 19 ünvanında sakinlər antisanitariyadan şikayət edirlər. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, kanalizasiyadan sular küçəyə axır. Bu da pis qoxu, həşərat və xəstəliyə yol açır. Bundan əlavə, çirkli sular birbaşa binanın altına axır. Bu da tikilinin zədələnməsinə səbəb olur.
“İydən keçmək olmur. Rəsmi qurumlar da addım atmır”, – deyə onlar əlavə ediblər.
“Azərsu” məsələdən xəbərdardır. Sakinlər evlərə artırma etməklə kanalizasiya xətlərinin üzərini bağlayıblar. Bu səbəbdən də qurum əməkdaşları sızıntı olan yerə çata bilmirlər. Qurum sakinlərdən kanalizasiya xətlərinin üzərini boşaltmalarını xahiş edir.