Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi, 48 ünvanında yerləşən ərazidə ağaclar yandırılır. Uzun müddət park kimi fəaliyyət göstərmiş ərazidə indi sakinlərin sözlərinə görə, kimsə obyekt tikmək istəyir. Bildirilir ki, bu niyyətlə ağacları məhv edirlər. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az ATV-yə istinadən məlumat verir.

Hər iki tərəfdən yaşayış binaları ilə əhatə olunan ərazi əvvəllər park kimi istifadə olunub. Lakin bir müddət ərzində baxımsız vəziyyətdə qalıb. Ətrafda yığılan məişət tullantıları naməlum şəxslər tərəfindən yandırılır. Zibil isə yanaraq ərazidə olan ağacları da məhv edir. Sakinlər, həmçinin qeyd edirlər ki, həmin əməllər qəsdən edilir.

Suraxanı Rayon İcra Hakimiyyətindən bildirildi ki, məsələ ilə bağlı yerində araşdırma aparılacaq, təmizlənmə işləri həyata keçiriləcək və hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı məsələ ilə bağlı araşdırma aparıldığını qeyd edib.