“Səbail” futbol klubu daha bir futbolçusu ilə vidalaşıb. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Paytaxt təmsilçisi yarımmüdafiəçi Emil Martinovla yollarını ayırıb. Futbolçunun müqaviləsi cari mövsümün sonunda bitir.
“Dənizçilər” daha əvvəl Ruslan Hacıyev, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də yollarını ayırmışdılar.