1857-ci il sentyabrın 14-də Xəzər dənizində tədqiqat aparan “Quba” gəmisi Şüvəlan burnu yaxınlığında batıb. Hadisə nəticəsində ekipajın 22 üzvü dünyasını dəyişib, 57 nəfər isə xilas edilib.

11 sentyabr 1857-ci ildə Rusiya imperiyası tərəfindən təchiz edilmiş astrohidroqrafik ekspedisiya Xəzərin dəqiq xəritəsinin tərtib edilməsi üçün dəyərli məlumatlarla birgə Həştərxandan Quba gəmisi ilə Bakıya göndərilir. Sentyabrın 14-də hava buludlu, küləkli və yağışlı olur. Gəmi axşam saatlarında Abşerona çatanda külək daha da güclənir. Gəmi iki dəfə suyun altındakı riflərə dəyərək zədələnir. Gəminin burun hissəsi dağılır və mühərrikin nasosu partlayır. Dalğaların təsirindən gəmi bir çox yerdən zədələnərək batmağa başlayır.

Ekspedisiyanın rəhbəri İvanşintsov da gəmi ilə birgə batırdı. Lakin dalğa onu sahildəki qayalıqlara çarpır, o isə kəndirdən tutmağı bacararaq sağ qala bilir. Onu sahilə miçman Yasenski çıxarır. Gəminin komandiri leytenant Poskoçin, leytenantlar Koşkul və Simonov isə dünyalarını dəyişirlər. Onlarla birgə ekspedisiyanın bütün araşdırmaları və qeydləri də məhv olur. [Конкевича Л.Г. Летопись крушений и других бедственных случаев военных судов Русского флота. -1874 г.]

Həmin gecə qəza nəticəsində sağ qalanlardan ağır yaralılar arabalarla Şüvəlan kəndinə aparılır. Ekspedisiyanın bütün zabit və aşağı rütbəli üzvləri ehtiyatda olan zabit Abdulla Axundovun evində yerləşdirilir. O, yerli hakimiyyət orqanlarının köməyi ilə qəzadan zərər çəkənləri isti geyim və yeməklə təmin edir.

Sentyabrın 15-də başlamış araşdırmalar nəticəsində məlum olur ki, gəmi heyətin səhvi ucbatından deyil, havanın gözlənilmədən pisləşməsi, güclü duman və Şüvəlan burnu ətrafında olan və heç bir xəritədə qeyd edilməyən sualtı riflərə görə qəzaya uğrayıb.

Bu faciədən sonra gəmilərin təhlükəsizliyi üçün Abşeronda mayakların inşasına başladılar.

Şüvəlanda qəza nəticəsində dünyasını dəyişmiş dənizçilərin çoxu qəzanın baş verdiyi yerə yaxın qardaşlıq məzarlığında dəfn edilirlər. Məzarlığın üzərinə sadə abidə qoyulur. 1887-ci ildə buranı ziyarət edən ikinci dərəcəli kapitan P.Orlov abidəni acınacaqlı vəziyyətdə görür və bərpası üçün pul yığmağa başlayır. 1889-cu ildə memar İohan Edelin layihəsi əsasında yeni abidə qoyulur. Sovet dövründə abidə baxımsız vəziyyətə düşür. 2005-ci ildə abidə bərpa olunub. [Памятник у с. Шувелян погибшим морякам военного парохода КУБА — OurBaku]

Xəzər dənizində 22 nəfərin ölməsi ilə nəticələnən gəmi faciəsi

Xəzər dənizində 22 nəfərin ölməsi ilə nəticələnən gəmi faciəsi
Xəzər dənizində 22 nəfərin ölməsi ilə nəticələnən gəmi faciəsi
Xəzər dənizində 22 nəfərin ölməsi ilə nəticələnən gəmi faciəsi Xəzər dənizində 22 nəfərin ölməsi ilə nəticələnən gəmi faciəsi