Ziya Bünyadov prospektində yerüstü piyada keçidi baxımsız vəziyyətdədir. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az xəbər verir.
7 saylı “ASAN Xidmət”in yaxınlığında yerləşən keçiddə tullantılar yığışdırılmır, ümumilikdə uzun müddətdir təmizlik işləri aparılmır. Bundan əlavə, keçiddə lift işləmir, pandusların isə maililik dərəcəsi yüksək olduğundan sakinlər keçidə qalxmaqda çətinlik çəkirlər.
Keçidin hər tərəfdən açıq olması da küləkli havada bir sıra problemlərə yol açır.
Ziya Bünyadov prospektində yerüstü piyada keçidi təmizlənmir





