QOÇ bürcü

Bu həftə Qoçlar istənilən zirvələri fəth edəcəklər: uğur sizin tərəfinizdə olacaq. Əlavə pul qazanmaq üçün yeni ideyalar qurun, lazım olsa, dostlarınızdan kömək istəyin. Pul məsələlərində bədxərc olmayın, çünki kortəbii alışlar pulqabınızın boşalmasına səbəb ola bilər. Yeni peşəkar imkanlar açılacaq, vaxtında təşəbbüs göstərsəniz, tezliklə mühüm qələbələr qazana biləcəksiniz. Həftənin sonu romantik sürprizlər, hədiyyələr vəd edir. Uğurlu günləriniz 6, 9 iyun, uğursuz gününüz isə 7 iyundur.

BUĞA bürcü

Bu həftə Buğalar yeni planlar quracaqlar: onları həyata keçirməyə başlamazdan əvvəl vəziyyəti real qiymətləndirməyə çalışın, planlarınızı həyata keçirməyə qadir olub-olmadığınız haqda düşünün. Şəxsi həyata gəlincə həddindən artıq məşğulluq zəminində ailədə və ya sevgilinizlə münaqişələr yarana bilər. Amma sevgilinizdə də az yoxdur: çoxlu vədlər verir, lakin hamısını yerinə yetirmir. Ola bilsin, xaricdən xəbər alasınız: çamadanları hazırlayın. Uğurlu günləriniz 5, 10 iyun, uğursuz gününüz isə 11 iyundur.

ƏKİZLƏR bürcü

Əkizlər bu həftə dəyişkən əhvali-ruhiyyədə olacaqlar: səhərlər güc və ilhamla dolu olacaqsınız, amma axşamlar enerjiniz tükənəcək, yatmaqdan başqa heç nə istəməyəcəksiniz. İşlə bağlı məsələlərə xüsusi diqqət yetirin: karyera dəyişiklikləri üçün əlverişli zamandır. Lakin unutmayın ki, sizin xoşbəxtliyinizi istəməyənlər də var və onlar karyeranızın uğursuz olması üçün əllərindən gələni edəcəklər: o insanları bu yaxın günlərdə tanıyacaqsınız və şok keçirəcəksiniz. Uğurlu günləriniz 8, 11 iyun, uğursuz gününüz isə 6 iyundur.

XƏRÇƏNG bürcü

Xərçəng bürclər arasında sədaqəti ilə seçilir və bu həftə bunu partnyoruna sübut edəcək. Həftəiçi keçmişdə münasibətdə olduğunuz biri yenidən peyda olacaq və sizi “yoldan çıxarmağa” çalışacaq: bu, bir sınaq olacaq. Həftənin sonunda çoxdan görmədiyiniz insanlarla görüşəcəksiniz və görüş çox faydalı olacaq. Lakin sevincli xəbərlər bununla bitməyəcək: müdiriyyət fəaliyyətinizi yüksək qiymətləndirəcək və maaşınız artacaq. Uğurlu günləriniz 5, 6 iyun, uğursuz gününüz isə 11 iyundur.

ŞİR bürcü

Şirlər üçün iyun ayının başlanğıcı görüşlər, səfərlər, ünsiyyətlə yadda qalacaq. Tənha Şirlər, əvvəllər sizə “yox” deyən əks cinsin nümayəndəsi dalınızca düşəcək və sizinlə sevgili olmaq istəyəcək. Bu dövrdə çalışın vacib olan işləri təxirə salın. Həftənin sonunda həyatınız normaya düşəcək və ulduzlar sınaqdan keçdiyiniz üçün sizə mühüm bir hədiyyə bəxş edəcək. Bürcün karyera artımı haqqında düşünən nümayəndələri müdiriyyətin “gözünə girməlidirlər”: yeni ideyalar, layihələr hazırlayın və hamını geridə qoyub uğura imza atın. Uğurlu günləriniz 7, 11 iyun, uğursuz gününüz isə 6 iyundur.

QIZ bürcü

Həftənin əvvəlində cibiniz pulla dolu olacaq, lakin həftəsonu sizi böyük xərclər gözləyir. Amma bu xərclər gələcəkdə daha çox pul qazanmağınıza yönələcək. Vacib məsələləri bir kənara qoyun, ağır işlərdən uzaq dayanın və yuxunuza diqqət yetirin, əks halda depressiyaya düşə bilərsiniz. Sevgilinizlə səyahətə getmək fikrini də nəzərdən keçirin: soyuq münasibətdə olanlar üçün faydalı olacaq. Uğurlu günləriniz 9, 10 iyun, uğursuz gününüz isə 5 iyundur.

TƏRƏZİ bürcü

Bu dövrdə daha çox vaxtınızı evdə, ailə üzvlərinizin yanında keçirin: sizi uzun müddət narahat edən mühüm məsələləri onlarla müzakirə edin. Həyatınızın müəllifi olun, taleyin necə davam edəcəyini siz müəyyən edin. Çoxdandır almaq istədiyiniz əşya və ya mülk varsa, çəkinmədən alın: bu fürsət bu ay ərzində bir də düşməyə bilər. Bu günlərdə sevgi münasibətinə başlamağa çalışmayın: xoşunuza gələn biri varsa, onu mütləq yoxlayın, yalnız bundan sonra ürəyinizi ona açın. Uğurlu günləriniz 7, 8 iyun, uğursuz gününüz isə 10 iyundur.

ƏQRƏB bürcü

Əqrəb həftəyə sevindirici xəbərlə başlayacaq: bu, çoxdan gözlədiyiniz vacib məlumat ola bilər. Sizi əlverişli perspektivlər, yaxşılığa doğru dəyişikliklər, məqsəd qoyduğunuz işləri öz xeyrinizə həll etmək imkanları gözləyir. Maliyyə tərəfdən hamını geridə qoyacaqsınız və pulqabınız qalınlığı ilə seçiləcək. Sevgilinizə daha çox vaxt ayırın, ona romantik anlar yaşadın, axı siz bunu bacarırsınız. Subayların torbaları həftəsonu tikiləcək: sizi bəyənən biri sevgi etirafı edə, hətta sizi qaçıra bilər. Uğurlu günləriniz 5, 11 iyun, uğursuz gününüz isə 7 iyundur.

OXATAN bürcü

Oxatanlar maddi vəziyyətlərini xeyli yaxşılaşdıracaqlar və bu, onlar üçün tamamilə gözlənilməz baş verəcək: uğur sizin tərəfinizdə olacaq. Sevgi tərəfdən ayın sonuna kimi bəxtiniz gətirməyəcək: görünür, Kupidon sizdən üz döndərib. Amma pis olmayın, əsl sevgi qabaqdadır, sadəcə ulduzlar sizə ən layiq olanı axtarır. Oxatanların karyera yüksəlişi üçün əlverişli dövrdür: bütün maneələrə baxmayaraq, arzularınızın dalınca gedin və sonda mütləq uğur qazanacaqsınız. Uğurlu günləriniz 5, 11 iyun, uğursuz gününüz isə 8 iyundur.

OĞLAQ bürcü

Bu həftə pulunuza qənaət edin, xərcləri əvvəldən planlaşdırın. Təsadüfi tanışlıq sizin həyatınızı 180 dərəcə dəyişəcək: bu, gələcəkdə sizinlə iş birliyi quracaq insan ola bilər. Bu günlərdə bürcün nümayəndələri hamı ilə dalaşmağa meyilli olacaq: kim nə etsə, Oğlaq hər şeyə mız qoyacaq. Ulduzlar sizə həftənin sonunda gözlənilməz iş təklifi vəd edir. Ətrafınıza nəzər yetirin, sizi sevməyən biri var: o, sizə hiylə qurmaq üçün uyğun vaxt gözləyir. Uğurlu günləriniz 9, 10 iyun, uğursuz gününüz isə 6 iyundur.

DOLÇA bürcü

Bu həftə Dolça özünü lider kimi göstərəcək: işlədiyi yerdə yeni layihə təqdim edəcək və bütün işləri uğurla yerinə yetirəcək. Müdiriyyət tərəfindən bonuslar, hətta karyera artımı gözlənilir. Həftənin əvvəlində xətrinizə dəyə bilərlər, lakin bu sizin günahınız ola bilər, çünki son vaxtlar soyuqqanlı və diqqətsizsiniz. Çalışın, sevdiyiniz insana çox vaxt ayırın, əks halda sevgi alovu sönə bilər. Bürcün tənbəl nümayəndələri uğursuzluqla qarşılaşa, hətta işdən qovula bilərlər. Uğurlu günləriniz 6, 9 iyun, uğursuz gününüz isə 7 iyundur.

BALIQLAR bürcü

Gələcək işlərinizdəki uğurlar bu həftə verəcəyiniz qərarlardan asılı olacaq. Lakin iş yerinizdə həmkarlarla münasibətlər çətinləşə bilər: müdiriyyət tərəfindən fərqləndirilməyiniz başqalarına qıcıq verəcək. Bu dövrdə qidalanmaya və idmana fikir verməyiniz məsləhətdir. Həftəiçi maaşınızın artacağı ilə bağlı gözəl xəbər gözləyin. Uzun müddətdir arzuladığınız evi və ya əmlakı satın ala biləcəksiniz. Uğurlu günləriniz 8, 10 iyun, uğursuz gününüz isə 5 iyundur.