Nərimanov rayonunda toqquşan avtomobillər piyadanı vurub. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.

Hadisə rayonun Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində baş verib. “Lexus” və “Volkswagen” markalı 2 avtomobil kəsişmədə toqquşaraq piyada zolağı ilə yolu keçən qadını vurub.

Hadisə ilə bağlı videogörüntülər yayılıb.