Bakının Nəsimi rayonunda, 3-cü mikrorayonun dairəsi adlanan ərazinin yaxınlığında piyadalar üçün quraşdırılan işıqfor işləmir. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az məlumat verir.
Bir müddət öncə ərazidə Bakı Nəqliyyat Agentliyi tərəfindən piyada keçidinin önündə düymə ilə idarə olunan isıqfor qoyulub. 4 hərəkət zolağından ibarət olan yolda həmin işıqforla yanaşı, hərəkət təhlükəsizliyinin səviyyəsini artırmaq məqsədilə yeni eyni səviyyəli piyada keçidi çəkilib.
Lakin bu düymə işləmədiyi üçün piyadalar yolu “zebra” ilə keçmək istəyəndə avtomobillər işıqforun yaşıl işığına görə onlara yol vermirlər.
Təqdim olunan kadrlarda marşrut avtobusu və motosikletlə birgə piyadalar da yolun intensiv hissəsi ilə hərəkət edirlər.