Bakıda Beynəlxalq Piano Festivalı keçiriləcək. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az tədbirə istinadən xəbər verir.
“Baku Piano Festival” adlanan tədbirdə Fransa, İspaniya, Avstriya, Braziliya, Türkiyə olmaqla, ümumilikdə 11 ölkədən sənətkarlar iştirak edəcəklər. Burada klassik, caz, rok və flamenko kimi janrlarda kompozisialar ifa olunacaq.
Festival 15-29 iyun tarixlərində Bakının müxtəlif məkanlarında keçiriləcək. İstədiyiniz konsertə bilet almaq üçün linkə keçid edin. Daha ətraflı məlumatı buradan ala bilərsiniz.
