Bakıda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elektrik avtomobillər yürüşü keçirilib. Bu haqda bu gün, 5 iyun tarixində Autograph.az-a istinadən Bakuplus.az məlumat verir.
Yürüş Heydər Əliyev Mərkəzindən Qobustan dövlət tarixi-bədii qoruğu marşrutu ilə keçib. Tədbirin təşkilatçısı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasıdır (AADA).
Ən qabaqda hərəkət edən elektromobili ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev idarə edib və bu münasibətlə finişdə xüsusi Təşəkkürnamə ilə təltif olunub.
Yürüşün final mərhələsində məktəblilər arasında elan olunmuş “Gələcəyin ekoloji avtomobili” mövzusunda “onlayn” rəsm müsabiqəsinin qalibləri elan olunublar.
