Azərbaycan Mədəniyyət Nazirliyi Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda ucaldılacaq abidənin layihəsinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edib. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.

Bildirilir ki, müsabiqə 2023-cü il iyunun 15-dən iyulun 31-dək keçiriləcək.

Müsabiqənin qalibləri haqqında məlumat nazirliyin rəsmi internet saytında 15 avqust 2023-cü il tarixində dərc olunacaq.

Müsabiqənin şərtləri ilə bu linkdən tanış olmaq mümkündür.

Qeydiyyat formasını buradan yükləmək olar.