Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Rayon ərazisində yerləşən şadlıq evlərinin birində elektrik kimi işləyən 67 yaşlı Şahin Soltanov iş yerində özünü asıb.
Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.