Bakının Yasamal rayonu, Mətbuat prospektində yerləşən parkda yaşlı kişi digər kişilərə yaxınlaşaraq onlara qarşı nalayiq hərəkətlər edir, öpməyə çalışır. Bu haqda bu gün, 5 iyun tarixində məlumat sosial şəbəkələrdə yayılıb.
İstifadəçilərin sözlərinə görə, həmin kişi, xüsusən köməksiz insanların və oğlan uşaqlarının yanına yaxınlaşır. Vətəndaş qeyd edib ki, parkda valideynsiz olan uşaqlar çoxdur, bu kişi isə onlara birbaşa təhlükədir.
Təqdim olunan videokadrlarda kişi psixoloji problemi olan bir kişiyə yaxınlaşıb, onu öpməyə çalışıb.