Bakı Zooloji Parkında mayın 14-u Dağıstan turunun balası dünyaya gəlib. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az zooparkın mətbuat xidmətinə istinadən məlumat verir.

Yeni doğulmuş erkək balanın çəkisi 3 kiloqramdır.

Dağıstan turları irihəcmli bədənə sahib heyvanlardır. Əsasən, Baş Qafqaz silsiləsinin şərq hissəsində yaşayırlar. Çəmənliklərdə, meşəlik ərazilərdə və hətta 800-4200 metr hündürlükdə dağlarda onlara rast gəlmək olar.

Sıldırım qayalara belə mükəmməl şəkildə qalxa bilirlər. Əla görmə qabiliyyətinə malikdirlər və çox ehtiyatlıdırlar. Yaxşı qoxu hissləri olduğuna görə bir neçə yüz metrdən insanların qoxusunu hiss edirlər və təhlükə zamanı həyəcan siqnalı olaraq kəskin fit səsi verirlər.

Bakı zooparkında Dağıstan turunun balası dünyaya gəlib
Foto Bakuzoo