Binəqədi rayonunda soyğunçuluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Şərur rayon sakinləri N.Ələkbərov və Ü.Məhərrəmov gecə saatlarında Bakı şəhər sakini olan bir nəfərdən onun telefonunu oğurlayıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.