Xəzər rayonunda avtomobil qaçıran şəxs tutulub. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Hadisə rayonun Binə qəsəbəsində baş verib. Sədərək rayon sakini V.Məmmədov adıçəkilən qəsəbə ərazisində “Honda” markalı avtomobili oğurlayıb. O, Ramana qəsəbəsi ərazisində maşınla tutulub.

Faktla bağlı araşdırma aparılır.