Uçuş zamanı halı pisləşən əcnəbi sərnişin vəfat edib. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Honkonqdan Böyük Britaniyaya gedən təyyarənin sərnişini Tsang Yau Keunqun halı qəflətən pisləşdiyi üçün hava gəmisi Bakıya eniş edib. Həmin sərnişinin ürəyindən uzun müddətdir müalicə aldığı, ürəyinə stend qoyulduğu məlum olub. Kliniki Tibbi Mərkəzə yerləşdirilən xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Daha öncə Britaniya aviaşirkətinə məxsus təyyarənin Bakıya təcili eniş etməsi ilə bağlı məlumat verilmişdir.