Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində təbii qazın təchizatı məhdudlaşdırılıb. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az məlumat verir.
Qəsəbə ərazisində mövcud olan qaz boruları yoxlanılır, təmirə ehtiyacı olan borular yeniləri ilə əvəz olunur. Hazırda ümumi xətdən evlərə gələn borular yenilənir.
Təmir işləri qurtardıqdan sonra qazın verilməsi bərpa olunacaq.
